Cəlilabadda 62 yaşlı qadın qətlə yetirilib.
Məlumata görə, rayonun Alar kənd sakini 1963-cü il təvəllüdlü Rəviyyə Nərimanovanı qaynı Təhmasib Əliyevin öldürdüyü bildirilir.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Ailədaxili münaqişə zəminində qətl törədən şəxsin tutulması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.”Report”