Cəlilabad rayonunda vəhşi heyvan kənd sakinlərinə hücum edib.
TƏBİB Cəlilabadda baş verən çaqqal hücumu ilə bağlı açıqlama verib.
Bildirilib ki, 7 və 8 avqust tarixlərində çaqqal dişləməsi səbəbi ilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1974 və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub.
Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün onlar evə buraxılıb.