Cəlilabadda məktəbli çayda boğularaq öldübackend

Cəlilabadda məktəbli çayda boğularaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub.

APA-nın məlumatına görə, hadisə rayon ərazisindəki Göytəpə çayında qeydə alınıb.

Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, 2 saylı orta məktəbin doqquzuncu sinif şagirdi, 2004-cü il təvəllüdlü İlqar Şəbiyev heyvan otararkən Göytəpə çayını keçmək istəyib və çaya yıxılıb.

Nəticədə İ.Şəbiyev boğularaq ölüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

 

İnterpress.az