“Cəsur döyüşçü”müzün oğlu dünyaya gəldi, adını Cəsur qoydubackend

“Cəsur döyüşçü”müzün oğlu dünyaya gəldi, adını Cəsur qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, “Cəsur döyüşçü” Adil Axundzadənin oğul övladı dünyaya gəlib.

İnterpress.az xəbər verir ki, igid hərbçimiz 1995-ci il təvəllüdlü Adil Axundzadə Niyaz oğlu Xocavənd rayonunun Qaradağlı kənd sakinidir.

Adil 2016-cı il Aprel döyüşlərində iştirak edib.

Vətən müharibəsində Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib və 3 dəfə yaralanıb.

Hal-hazırda Vətənə xidmətini davam etdirir. Adil Axundzadə Cənab Prezidentin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunması”, “Xocavəndin azad olunması” və “Şuşanın azad olunması” medalları ilə təltif edilib.