Ceyhun Bayramov BƏƏ-yə rəsmi səfərə yola düşübbackend

Ceyhun Bayramov BƏƏ-yə rəsmi səfərə yola düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.