Çin gəmisi ilk dəfə Arktika marşrutu ilə Britaniya ÇATDIbackend

Çin gəmisi ilk dəfə Arktika marşrutu ilə Britaniya ÇATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çindən yola çıxan konteyner gəmisi ilk dəfə Arktika marşrutu ilə Britaniyaya çatıb.

İnterpress.az xəbər verir ki, oktyabrın 13-də “Istanbul Bridge” adlı konteyner gəmisi 20 günlük səfərdən sonra Arktika konteyner ekspress marşrutu ilə Böyük Britaniyanın şərqində yerləşən Filikstou limanına çatıb.

Bu, Çin ilə Avropanı birləşdirən yeni dəniz yolunun ilk uğurlu sınağı hesab olunur.

Yeni marşrut malların çatdırılma vaxtını xeyli qısaldır. Dəmir yolu ekspressindən bir neçə gün, Süveyş kanalından keçən yoldan isə təxminən 20 gün daha sürətlidir.

Müqayisə üçün, Süveyş kanalı ilə daşınma 40 gün, Ümid burnu marşrutu ilə isə 50 gün çəkir.

Çinin şərqindəki Ninbo-Çjouşan limanından yola çıxan gəmi təxminən 4 min 20 futluq konteyner daşıyır və yüklər Böyük Britaniya, Almaniya, Polşa və Niderland limanlarında boşaldılacaq.

Xuraman Etibarlı

İnterpress.az