Çin Pakistan üçün çoxməqsədli rabitə peykini uğurla orbitə buraxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“Rabitə peyki Sıçuan əyalətinin cənub-qərbindəki “Xichang” buraxılış mərkəzindən “Long March-3B” daşıyıcı raketindən istifadə etməklə orbitə çıxarılıb”, – məlumatda bildirilir.
Buraxılış “Long March” reaktiv daşıyıcıları üçün 524-cü olub.
Pakistanın çoxməqsədli rabitə peyki Çin Kosmik Elm və Texnologiya Akademiyası tərəfindən hazırlanıb.