Çin səfiri qazın Rusiyadan Qazaxıstan üzərindən Çinə tədarükü ehtimalına şübhə edir.
İnterpress.az xəbər verir ki, bu barədə Çinin Rusiya Federasiyasındakı səfiri Hanhui Avrasiya Neft və Qaz Forumu çərçivəsində Rusiya qazının Qazaxıstan vasitəsilə Çinə tədarükü ideyasını şərh edərkən bildirib.
“Bu, Qazaxıstan vasitəsilə işləmir, çünki orada yalnız bir qaz kəməri var və orada sıxlıq var. Qazı Türkmənistandan Çinə vurur.
Əgər biz bu marşrutla Rusiya qazını nəql etmək qərarına gəlsək, yeni qaz kəməri çəkməli olacağıq. Bu, bir az bahadır”, – səfir deyib.
Onun sözlərinə görə, daha real alternativlər Monqolustandan keçən marşrut və ya mayeləşdirilmiş təbii qazın tədarüküdür.
Xuraman Etibarlı
İnterpress.az