Çində hotel binasının çökməsi nəticəsində 5 nəfər ölübbackend

Çində hotel binasının çökməsi nəticəsində 5 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Şansi əyalətində ikimərtəbəli hotelin binası çöküb, ölən və yaralananlar var.

İnterpress.az-ın xəbərinə görə, bu barədə “Çin Mərkəzi Televiziyası” məlumat verib. 

Bundan əvvəl telekanal dağıntılar altından 10 nəfərin olduğunu və 2 nəfərin öldüyünü xəbər vermişdi. Son məlumata görə, hotelin çökməsi nəticəsində 37 nəfər dağıntılar altında qalıb.

Xilasedicilər 33 nəfəri tapıblar, onlardan 5 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hadisə yerində təxminən 710 nəfərin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir.

 

İnterpress.az