Çində qanunsuz reklama görə aktrisa bir milyon dollar cərimə edilibbackend

Çində qanunsuz reklama görə aktrisa bir milyon dollar cərimə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hakimiyyəti qanunsuz reklama görə aktrisa Sin Tyanı 7,22 mln. yuan (təxminən bir milyon dollar) məbləğində cərimə edib.

“İnterpress.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Bazarlara Nəzarət üzrə Dövlət Baş İdarəsindən bildirilib.

Məlumata görə, aktrisanın qanunsuz əməli Quandun əyalətinin Quançjou şəhərində qeydə alınıb.

Bildirilib ki, Sin Tyan “Wuxianchang Jiankang” adlı yerli şirkətin keyfiyyəti istehlak üçün rəsmi olaraq təsdiqlənməyən ərzaq məhsullarını reklam edib. İddia olunur ki, guya həmin məhsullar piylənməni və şəkərin artmasını sürətləndirir.