Çində tələbin aşağı olması nefti ucuzlaşdırıbbackend

Çində tələbin aşağı olması nefti ucuzlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində tələbin aşağı səviyyədə qalması dünya bazarında neftin qiymətinin 1 %-dən çox düşməsinə səbəb olub.

Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 1,13 % ucuzlaşaraq 1 bareli 91,81 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti 1,37 % düşüb və 1 bareli 84,42 ABŞ dolları təşkil edib.

Ən böyük xammal idxalçısı olan Çində pandemiyaya qarşı bir sıra məhdudiyyətlərin qüvvədə qalması vətəndaşların hərəkətliliyinə də təsir göstərir ki, bu da öz növbəsində yanacağa olan tələbatı azaldır.