Corc Buş Zelenski ilə publik şəkildə ilk onlayn görüş keçirəcəkbackend

Corc Buş Zelenski ilə publik şəkildə ilk onlayn görüş keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-ın sabiq dövlət başçısı Corc Buş arasında publik şəkildə ilk onlayn görüş olacaq.

Bu barədə CNN Corc Buş İnstitutuna istinadən məlumat yayıb.

Corc Buş gələn həftə Ukrayna lideri ilə ABŞ-ın Ukraynaya dəstəyinin davam etdirilməsinin vacibliyini bir daha təsdiqləmək üçün ictimai müzakirə aparacaq.

CNN-in məlumatına görə, tədbir Texas ştatının Dallas şəhərində baş tutacaq. Tamaşaçılarla açıq formatda keçiriləcək, Zelenski videobağlantı vasitəsilə orada iştirak edəcək.

Qeyd edək ki, Volodimir Zelenski və Corc Buş artıq bu ilin mayında videobağlantı vasitəsilə görüş keçiriblər. Həmin görüş siyasətçilər üçün birinci olub. “Axios”un məlumatına görə, sabiq prezident Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başlamasından sonra V.Zelenski ilə danışan ilk ABŞ Prezidenti olub. Görüşdə o, Ukraynaya dəstəyini ifadə edib. Zelenski isə öz növbəsində Amerikanın keçmiş prezidentini “zəmanəmizin Uinston Çörçili” adlandırıb və onu Ukraynaya səfərə dəvət edib.