Dağıstanda biri uşaq olmaqla dörd nəfər avtomobil qəzasında ölübbackend

Dağıstanda biri uşaq olmaqla dörd nəfər avtomobil qəzasında ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Dağıstan Respublikasında baş verən qəzada biri uşaq olmaqla 4 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İlkin məlumata görə, Qoçubəy-Mineralnıye Vodı yolunun Noqay rayonundakı hissəsində qəza baş verib, nəticədə 4 nəfər ölüb, onlardan biri uşaqdır”, – məlumatda deyilib.

Hadisə Moskva vaxtı ilə saat 18:40 radələrində (Bakı vaxtı ilə 19:40 – red.), yolun 33-cü km-də baş verib.