Dağıstanda “WhatsApp” ekstremist aksiyalarda iştiraka çağırışlar səbəbindən ləngidilir.
interpress.az xəbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, messencer administrasiyası bu cür zənglərin yayılmasının dayandırılması tələblərinə məhəl qoymur.
Bu səbəbdən müvafiq idarələr “WhatsApp”ın Dağıstanda işini ləngidir.
Onun sözlərinə görə, xarici messencerin işində ləngimə müvafiq idarələrin antiterror fəaliyyəti ilə bağlıdır.
“WhatsApp administrasiyasına ekstremist aksiyalarda iştiraka çağırışların yayılmasının qarşısını almaq üçün tələblər göndərilib, lakin onlara məhəl qoyulmayıb”, – mənbə bildirib.
Dağıstandakı WhatsApp istifadəçiləri qeyd edirlər ki, iyulun 7-də Moskva vaxtı ilə təxminən saat 13:00-dan etibarən messencer fasilələrlə işləyir. Mesajlar uzun gecikmə ilə göndərilir.
Xuraman Etibarlı
İnterpress.az