Damda yaşayan Xalq artisti: “Hacıbalanın mənə 145 min manat borcu var“backend

Damda yaşayan Xalq artisti: “Hacıbalanın mənə 145 min manat borcu var“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hacıbala Abutalıbovun 7 ildə mənə verəcəyi pulun cəmi 145 min manatdır. Oğlanlarının milyonları var, Bakıda yerin altını-üstünü götürüblər, amma pulumu qaytarmırlar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov deyib.

O, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun özbaşınalığı ucbatından evindən məhrum olaraq hazırda damda yaşadığını bildirib:

“Mənim evim söküldü. Hacıbala Abutalıbov məni düz 7 il süründürdü, başıma oyun açdı. İndi gəlib çıxmışam dama, Karlson kimi damda yaşayıram. Onlar mənə aylıq pul verməli idilər, H.Abutalıbov gedəndən sonra o pulu da ala bilmədim.

Məhkəmə xeyrimə qərar çıxartmışdı. O zaman demişdi ki, Heydər Əliyevin sağ əli olmuşam, mən qala-qala niyə hansısa artistin xeyrinə qətnamə çıxarıblar?

Məsələni ictimailəşdirdim, aləmi ayağa qaldırdım, ondan sonra səsini çıxarmadı. Aldığı pulu da qaytarmadı. 7 ildə mənə verəcəyi pullar indi 145 min manat olub.

Oğlanlarının milyonları var, Bakıda yerin altını-üstünü götürüblər, hələ başqa obyektlərini demirəm. Nə qədər qeyri-qanuni sərəncamlar verilib. Bakını niyə xaraba qoyurlar? Çünki çirkli pulları artıq ölkədən çıxara bilmirlər. Pulu daşınmaz əmlaka yatırıb, Bakını xaraba qoyurlar”.