Danimarka milli komandasının bu il Qatarda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.
İnterpress.az Danimarka Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, heyətə 21 futbolçu daxil edilib.
İlkin heyətə AÇ-2020-də ürəyindəki problemlərə görə turniri yarımçıq qoyan, karyerasında böyük fasilə yaranan və milli komandadan uzaq düşən Kristian Eriksenin yenidən dəvət alması maraqla qarşılanıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Danimarka millisi D qrupunda Fransa, Avstraliya və Tunislə mübarizə aparacaq.