Dəhşətli qəzaya səbəb olan 19 yaşlı sürücü SAXLANILDIbackend

Dəhşətli qəzaya səbəb olan 19 yaşlı sürücü SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən qəzaya səbəb olan şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat evrib.

 

A.Əsgərli deyib ki, o, 2002-ci il təvəllüdlü Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğludur.

 

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

 

Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, qəzada 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Hadisə ilə bağlı cinayət işi açılıb.