Azərbaycan ictimaiyyətinə Bakını bombalamaqla hədələyərək sonra üzr istəməsi ilə tanınan rusiyalı deputat yenə üzr istəyib.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, dünən hərbi müxbir Yevgeni Poddubnının mümkün ölümü barədə məlumat verən deputat Mixail Delyaginin üzr videosu yayılıb. O, jurnalist və ailəsindən üzr istəyib.
Onun sözlərinə görə, o, məlumatı “əvvəllər tamamilə etibar etdiyi” şəxsdən alıb.
Xatırladaq ki, dünən Ukrayna ordusunun Kurska hücumu nəticəsində ağır yaralanan hərbi jurnalist Yevgeni Poddubnının ölüm xəbəri yayılmışdı. Xəbəri deputat Delyagin vermişdi.
Xuraman Etibarlı
İnterpress.az