ABŞ-dəki demokratlar Nensi Pelosinin Baydeni seçki yarışını tərk etməyə razı sala biləcəyinə inanırlar.
interpress.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Bildirilir ki, ABŞ-dəki demokratlar Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Baydeni seçki yarışını tərk etməyə razı sala biləcəyinə inanırlar.
Partiya Pelosini “polad xarakterli” bir insan hesab edir və onun “inadkar prezidentə” təsir etmək qabiliyyətini qeyd edib.
Eyni zamanda, demokratlar Baydenin yenidən uğursuz olacağı təqdirdə onu mübarizəni tərk etməyə çağıran bəyanat hazırlayırlar.
“Axios” mənbələri bildirirlər ki, ABŞ prezidenti NATO sammitindən sonra cümə axşamı keçirilən mətbuat konfransında uğursuzluğa düçar olarsa, bu cür çağırışlar daha da güclənə bilər.
Xuraman Etibarlı
İnterpress.az