Deputat: “Müharibənin dayanması bu prosesin gələcək nəsillərə ötürülməməsi deməkdir”backend

Deputat: “Müharibənin dayanması bu prosesin gələcək nəsillərə ötürülməməsi deməkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Bu gün yaşadığımız tarixi qələbəyə görə şəhidlərimizin ailəlrinə borcluyuq. Onların qarşısında baş əyirik”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, ölkə başçımız Vətən Müharinbəsində qazi olan hərbçilərimizə böyük dəyər və diqqət ayırıb:

“Biz xalq olaraq ölkə başçımızın çıxışında qeyd etdiyi bir məqamı heç zaman unutmayacağıq. İlham Əliyev xalqa müraciəti zamanı bildirdi ki, “nə qədər ki mən hakimiyyətdəyəm, Dağlıq Qarabağa status verilməyəcək”.

Azərbaycan xalqı sizi dəstəkləyir. Xalqımız gələcəkdə də sizin siyasətinizə sadiq qalacaq və sizin ətrafınızda sıx birləşəcək. Yaşasın Azərbaycan ordusu, Qarabağ Azərbaycandır”.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, Azərbaycan ordusunun peşəkar hazırlığı, yeni texnikalarla təchiz olunması bu proseslərdə mühüm rol oynadı.

O bildirib ki, qələbənin qazanılması və müharibənin dayanması bu prosesin gələcək nəsillərə ötürülməməsi deməkdir.

İnterpress.az