Millət vəkili Ramil Həsən Novruz bayramı münasibətilə yardım aksiyasına start verib.
İnterpress.az xəbər verir ki, yardım aksiyası Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü ilə həyata keçirilir.
Belə ki, deputatın təşəbbüsü Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi tədbirlərə dəstək olaraq irəli sürülüb.
Aksiya çərçivəsində “İnvest AZ” Şirkətlər Qrupu, Babək “Sirab” ASC və “İstanbul təmizlik və kosmetik” MMC-nin yaxından dəstəyi ilə Novruz bayramı ərəfəsində şəhid və qazi ailələri, o cümlədən həssas təbəqədən olan ailələrə Novruz sovqatlarının verilməsinə başlayıb.
Yardım aksiyasının təşkilatçıları bu xeyirxah layihədə onlarla birlikdə olaraq öz töhfəsini verən şirkətlərə dərin təşəkkürlərini bildirib.