Deputat Ramil Həsən “ARB 24″ün efirində Antalya Diplomatiya Forumundan danışıb – VİDEObackend

Deputat Ramil Həsən “ARB 24″ün efirində Antalya Diplomatiya Forumundan danışıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Ramil Həsən “ARB 24” televiziyasının efirində canlı yayımlanan “Gündəm” proqramının qonağı olub.

İnterpress.az xəbər verir ki, “Antalya Diplomatiya Forumu: Ərdoğan Rusiya-Ukrayna probleminin qarşılıqlı həllində maraqlıdır” mövzusuna həsr olunan verilişdə deputat sualları cavablandırıb.

Həmçinin forumu analitik təhlil edib.

Millət vəkili Ramil Həsən deyib: “Bu forum 3000-dən çox iştirakçı əhatə edən, Dünya liderlərinin, prezidentlərinin, Baş nazirlərin, hökümət nümayəndələrinin, Beynəlxalq təşkilatların və ümumilikdə 75 ölkənin nümayəndəsinin iştirakı və bilavasitə Rusiya-Ukrayna münasibətləri ilə bağlı müzakirələrin böyük bir platforma olaraq keçirildiyi Diplomatik məkandır.

Yüksək səviyyədə 3 gün davam edən bu forumda bir çox istiqamətlərdəki mövzuların içərisində ən əsas və önəmli istiqamətlərdən biri də Rusiya-Ukrayna arasında mövcud münaqişə, eyni zamanda münaqişənin diplomatik yollarla həlli istiqamətində müzakirələr əsas predmetlərdən biri olmuşdur”.

Deputatın forum haqqında əlavə fikirlərini aşağıdakı linkdən izləyə bilərsiniz: