Deputatlığa namizəd Tənzilə Rüstəmxanlı Neftçalada Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib – FOTOLARbackend

Deputatlığa namizəd Tənzilə Rüstəmxanlı Neftçalada Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçki qərargahının üzvləri, səlahiyyətli nümayəndələri, vəkillər və rayon ictimaiyyəti nümayəndələri Neftçalada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad olunub, abidəsi önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.

İnterpress.az xəbər verir ki, bu barədə Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.

Daha sonra Şəhidlər Xiyabanını ziyarət edilib, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman vətən övladlarımızın xatirəsi hörmət və ehtiramla yad olunub, məzarlarına tər güllər düzülüb, şəhidlərin müqəddəs ruhuna dualar oxunub.