DİN idmançıya məxsus əşyaların oğurlanması ilə bağlı araşdırmalara başlayıbbackend

DİN idmançıya məxsus əşyaların oğurlanması ilə bağlı araşdırmalara başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) idmançıya məxsus əşyaların oğurlanması ilə bağlı araşdırmalara başlayıb.

DİN-in Mətbuat Xidmətindən İnterpress.az-a bildirilib ki, Gözəl Zutovaya məxsus əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır.

Qeyd edilib ki, həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olcaqdır: “Bu barədə Gözəl Zutovla əlaqə saxlanılaraq məlumatlandırılıb”.

Xatırladaq ki, G.Zutova bir neçə idman növü üzrə Azərbaycanı təmsil edib.