DİN Şabranda polis əməkdaşının avtomobillə vurularaq ölməsi faktı ilə bağlı məlumat yaydıbackend

DİN Şabranda polis əməkdaşının avtomobillə vurularaq ölməsi faktı ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Daxili İşlər Nazirliyi (DİN) Şabranda polis əməkdaşının avtomobillə vurularaq ölməsi faktı ilə bağlı məlumat yayıb.

 

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iyulun 6-da saat 01.30-da Şabran şəhərinin ərazisində şəhər sakini Ə.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub və nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

İNTERPRESS.AZ