Dönərdən kütləvi zəhərlənmələr niyə artır? – Ekspert səbəbləri AÇIQLADIbackend

Dönərdən kütləvi zəhərlənmələr niyə artır? – Ekspert səbəbləri AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar tez-tez qida zəhərlənmələri, xüsusilə də dönərdən zəhərlənmələrlə bağlı xəbərlər artıb. Əksər qida zəhərlənmələrinə yay fəslində, isti hava şəraitinə rast gəlinsə də, indi – qışın oğlan çağında, soyuq havalarda da zəhərlənmələr tez-tez baş verir. Həm də kütləvi zəhərlənmə halları əhalinin sıx olduğu Bakı ilə yanaşı, digər şəhər və rayonlarda da davam edir. 

Bəs belə zəhərlənmələrə səbəb nədir, problem nədədir və nə etməliyik?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını qida eksperti İlkin Şirinov cavablandırıb.

Ekspert bildirib ki, dönərxana işlədən işbazları insanların sağlamlığı yox, qazanc maraqlandırır, ona görə də bu cür neqativ hallar baş verir.

“Biz dönerlə bağlı danışanda hər zaman deyirdik ki, döner satanlar, işbazlar insanların sağlamlığını artıq təhlükə altına atırlar, insanların sağlamlığını və ikinci plana keçir əsas məsələ onların qazanc əldə etməkləridir.

Artıq bu gün yenə bu cür kütləvi şəkildə dönərdən zəhərlənmələrə şahid olduqda, belə bir fikir formalaşır ki, burada insanlar özləri öz sağlamlıqlarına biganə yanaşırlar. Əgər bu gün həmin o dönərdə, həmin o dönərxanada antisanitar vəziyyət mövcuddursa, həmin o dönərxanada satılan dönərin vəziyyəti ürəkaçan deyilsə, bilə-bilə o dönərdən alıb yeyirlər. Bildiyimiz kimi, dönər əti tam bişmir, onun çiy qalan hissəsi də var, həmin o dönər hazırlanan ətin üzü qızarsa da iki çiy qalır və müştərilər yarım biçmiş döneri yeyirlər.

Burada külək toz-torpağı həmin o ətin üzərinə vurur, dönəri satan dönərçinin işlədiyi sahədə heç bir şərait yoxdur. Soyutma sistemi yoxdur, həmin o ərzaqların hansı şəraitdə saxlanılması sual altındadır və bütün bunları bilə-bilə insanlar həmin döneri alırlar və yeyirlər”, – qida eksperti vurğulayıb.

İ.Şirinov dönər ətinin keyfiyyəti ilə yanaşı, hansı heyvanın ətindən istifadə olunduğuna da diqqət edilməli olduğunu bildirib.

“O zaman ortalığa bir sual çıxır ki, bu dönər nə ətindən hazırlanır ki, bunu 1 manat 50 qəpiyə, 1 manata sata bilirlər və insanlar da bunun ucuzluğuna aldanıb, bundan istifadə edirlər. Tam məsuliyyətlə demək olar ki, bu gün dönerxanlarda tam antisanitar vəziyyətdir, onların satış yerləri standartlara cavab vermir.

Həmin o dönərçi əlini dönərin bıçağına vurur, müxtəlif əşyalara toxunur, çürəyə toxunur, sonra gəlir həmin o dönəri müştərilərə satır.

Müştərilərdən heç olmasa, biri də olsa, maraqlanmır ki, bu satılan dönərin ətinin baytarlıq kağızı varmı? Cigiyenik sertifikatı varmı? Qida təhlükəsliyindən hər hansısa bir sənəd varmı?

Qətiyyətlə demək olar ki, orada onların heç birinə əməl olunmur. Mayonezin ağzı açıq qabda saxlanılması, kimyəvi çirklənməsi burada baş verə bilir, toz torpaq həmin mayonezin üzərində hopur, göy-göyərti antisanitarl vəziyyətdə, turşuların necə hazırlandığı bilinmir, yəni bu kimi şeylər təbii ki, bu cür kütləvi zəhərlənmələrə gətirib çıxarta bilir”, – ekspert əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az