Dörd nəfər mağarada qanunsuz qazıntı apararkən SAXLANILDI – VİDEObackend

Dörd nəfər mağarada qanunsuz qazıntı apararkən SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Batmanda mağarada qanunsuz qazıntı aparan 4 şübhəli saxlanılıb

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Türkiyənin Batman şəhərində mağarada qanunsuz qazıntı aparmaqda şübhəli bilinən dörd nəfər saxlanılıb.

Hadisə 6 sentyabr günorta saatlarında Beşiri rayonunun Yeşiloba kəndi yaxınlığında baş verib.

Ərazidə müntəzəm patrul xidməti aparan Batman Vilayət Jandarma qrupları kəndin şimal-qərb yamaclarında bir mağaradan şübhələniblər.

Mağara və ətrafını yoxladıqdan sonra qruplar tikinti texnikası və elektrik alətlərindən istifadə edərək qanunsuz qazıntı işləri apardıqlarını aşkar ediblər.

Növbətçi prokurorun göstərişlərinə əsasən, şübhəlilər Mədəni və Təbii İrsin Qorunması haqqında Qanunu pozmaqda ittiham olunublar.

Xuraman Etibarlı

İnterpress.az