DTX-nin tutduğu icra başçısının həbs qoyulmuş 5 milyonluq əmlakı – SİYAHIbackend

DTX-nin tutduğu icra başçısının həbs qoyulmuş 5 milyonluq əmlakı – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.

İnterpress.az xəbər verir ki, APA həmin əmlakların siyahısını əldə edib.

İstintaq orqanı tərəfindən həbs qoyulmuş sözügedən əmlakların siyahısını təqdim edirik:

Bakı şəhərində yerləşən mənzil;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;

Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş “Rance Rover” markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.

Xatırladaq ki, sabiq icra başçısının cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam etdirilir. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Məhkəmə əmlakların dövlət nəfinə müsadirə edilib-edilməməsinə qərar verəcək.