Pavel Durova Qazaxıstandakı Kolsay göllərində çimdiyinə görə 70 dollar cərimə gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə “Tengri News” məlumat yayıb.
Məlumata görə, “Telegram”ın yaradıcısı Pavel Durov Qazaxıstanda yerləşən Kolsay göllərində çimdiyinə görə 70 dollar məbləğində cərimələnə bilər.
Qeyd edək ki, həmin göllər milli parkın ərazisinə daxildir və burada çimmək qəti şəkildə qadağandır.
Xuraman Etibarlı
İnterpress.az