Düşmənin zenit qurğusu məhv edilibbackend

Düşmənin zenit qurğusu məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.

 

İnterpress.az