Əcnəbilər Rusiyadan məhkəməsiz QOVULACAQbackend

Əcnəbilər Rusiyadan məhkəməsiz QOVULACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada əcnəbilərin məhkəməsiz ölkədən çıxarılması barədə qərar qəbul edilib.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Dövlət Duması üç oxunuşda Daxili İşlər Nazirliyinə əcnəbilərin məhkəməsiz inzibati qaydada ölkədən çıxarılması barədə qərar qəbul etmək hüququ verən qanun qəbul edib.

Təşəbbüs müəllifləri qeyd ediblər ki, yenilik miqrantların məhkəmələrə daşınması ilə bağlı xərcləri azaldacaq və qanunu pozanları dərhal xaricə qovacaq.

Yaxın vaxtlarda İnzibati Xətalar Məcəlləsinin (İXM) miqrantların ölkədən çıxarılmasını nəzərdə tutan maddələrinin siyahısını genişləndirən qanun layihəsi qəbul ediləcək.

Xuraman Etibarlı

İnterpress.az