Əfqanıstan Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyibbackend

Əfqanıstan Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsində Ermənistanla Azərbaycan arasında davam edən şiddətli toqquşmalardan narahatlığını və insan itkilərinə, dağıntılara görə təəssüfünü bildirir.

İnterpress.az xəbər verir ki, bu barədə Əfqanıstan XİN-in saytında dərc olunan bəyanatda deyilir.

“Dağlıq Qarabağ regionu Azərbaycanın tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir, Azərbaycan hökuməti və xalqının, həmçinin dünyanın digər ölkələrinin bu məsələdə səylərini dəstəkləyir”, – deyə sənəddə vurğulanır.

Bəyanatda həmçinin, Əfqanıstan XİN-i atəşkəsin bərpasına və bölgədə uzun müddətdir davam edən böhranın sülh yolu ilə həllinə çağırıb.

 

İnterpress.az