Əfv Komissiyasının fəaliyyəti ilə bağlı şübhələr araşdırılacaqbackend

Əfv Komissiyasının fəaliyyəti ilə bağlı şübhələr araşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əfv Komissiyasının bundan əvvəlki tərkibində bir sürücü böyük bir səlahiyyətə malik olubsa, bu, olduqca ciddi məsələdir”.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin iclasında bildirib.

O qeyd edib ki, deputat Elman Nəsirovun fikirlərindən sonra böyük jurnalist araşdırmaları başlayacaq.

“Bu məsələ araşdırılmalıdır. Bilmirəm bundan sonra həmin şəxsi əfv etmək mümkün olacaq, ya yox”, – deyə Z.Oruc əlavə edib.

Deputat Elman Nəsirov komitənin iclasında deyib ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki tərkibində qeyri-qanuni addımlar atılıb.

Onun sözlərinə görə, Komissiyanın üzvlərindən birinin sürücüsü insanlara yaxınlaşıb həbsdə olan adamların əfv siyahısına düşməsini təklif edib.

İnterpress.az