Ekvadorda silahlı şəxslərin unutduqları qumbara qaçdıqları avtomobildə partlayıbbackend

Ekvadorda silahlı şəxslərin unutduqları qumbara qaçdıqları avtomobildə partlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Ekvadorun şimalında bir evə silahla basqın edən 6 nəfərdən 4-ü qaçmağa çalışdıqları avtomobildə unutduqları əl qumbarasının partlaması nəticəsində ölüb, 2 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Santo Dominqo de los Tsachilas əyalətində bir evə hücum edən 6 nəfər hadisə yerindən qaçdıqları avtomobilə əl qumbarası atmağı unudublar. Maşında unudulmuş əl qumbarasının bir neçə metr irəliləməsi nəticəsində partladılması nəticəsində 4 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır yaralanıb. Təhlükəsizlik kamerası görüntülərində bir evə atəş açan silahlıların bir müddət sonra avtomobilə mindiyi, ancaq bir neçə metr sonra avtomobilin partladığı görünür. Ekvador mətbuatında çıxan xəbərdə hadisənin sentyabrın 4-də baş verdiyi paylaşılıb.