Binance-ə kiberhücum ŞÜBHƏSİ: Milyardlarla dollarlıq vəsait HƏRƏKƏTİbackend

Binance-ə kiberhücum ŞÜBHƏSİ: Milyardlarla dollarlıq vəsait HƏRƏKƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binance birjasına kiberhücum şübhəsi: milyardlarla dollarlıq kriptovalyuta hərəkəti qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə kriptovalyuta bazarını izləyən mənbələr məlumat yayıb.

Məlumata görə, Binance kriptovalyuta birjasının beş blokçeyndəki isti pul kisələrindən təxminən 2,77 milyard dollar dəyərində vəsaitin çıxarıldığı bildirilir.

Bu qeyri-adi hərəkətlər sosial şəbəkələrdə birjanın mümkün kiberhücuma məruz qalması ilə bağlı iddialara səbəb olub.

Lakin hələlik Binance sistemlərinə müdaxilə edildiyi təsdiqlənməyib. Vəsaitlərin birjanın öz pul kisələri arasında köçürülməsi ehtimalı da istisna olunmur.

Hadisə fonunda Binance-in BNB tokeninin qiyməti də kəskin ucuzlaşıb. İlkin məlumatlarda qiymətin təxminən 8 faiz gerilədiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az