Tərcüməçi-yazar Əli Rzazadənin növbəti kitabı işıq üzü görüb.
İnterpress.az xəbər verir ki, “Onun hekayəsi” adlı nəşrdə müəllifin bəzi hekayə və esseləri, həmçinin şerlərinin bir hissəsi yer alıb.
Kitab “Mücrü” nəşriyyatında çap olunub.
“Onun hekayəsi” Əli Rzazadənin sayca yeddinci kitabıdır.
Bundan öncə müəllifin “Yağış”, “Səmaya qayıdan yazı”, “Sonsuz” romanları, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi”, “Nurdan zərrələr” adlı əsərləri işıq üzü görüb.
Əli Rzazadənin ilk dəfə ərəb dilində çap olunan “Xocalıya ədalət” əsəri də bir sıra ərəb ölkələrində oxuculara təqdim edilib.
Yaxın zamanlarda “Onun hekayəsi” kitabının təqdimat mərasimi keçiriləcəkdir.
Qeyd edək ki, Əli Rzazadə 23 may 1981 ci ildə anadan olub. İxtisasca şərqşünas olan müəllif şərq dilləri (ərəb-fars) üzrə tərcüməçi və pedaqoqdur. Hazırda Sumqayıt Dövlət Universitetində pedoqoji fəaliyyətdədir.