ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumu dəlilik olardı.
İnterpress.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi “Sky News” telekanalına müsahibəsində bildirib.
“Biz açıq şəkildə bildirdik ki, nüvə obyektlərimizə hər hansı bir hücum dərhal və qətiyyətlə cavablandırılacaq. Ancaq onların (ABŞ və İsrail) bu çılğınlığı edəcəyini düşünmürəm. Bu, həqiqətən dəlilikdir. Və bu, bütün region üçün dəhşətli fəlakətə çevriləcək”, – iranlı nazir deyib.
İslam Respublikasının nüvə proqramı ilə bağlı ABŞ-nin yeni administrasiyası ilə danışıqlarla bağlı vəziyyəti şərh edən nazir qeyd edib ki, Trampın 2018-ci ildə nüvə sazişindən (JCPOA) çıxmasını nəzərə alaraq, yeni sazişin bağlanması üçün sadəcə sözlərdən artıq şey lazım olacaq.
Xuraman Etibarlı
İnterpress.az