Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək.
İnterpress.az xəbər verir ki, səfər ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə baş tutacaq.
İki ölkə liderləri Ağ Evdə görüşəcəklər.
R.T.Ərdoğan və C.Bayden Birləşmiş Ştatlardan Türkiyəyə F-16 qırıcı təyyarələrinin tədarükü və terrorla mübarizə məsələlərini müzakirə edəcəklər.