Ərdoğan: “Türkiyə bunu da bacardı”backend

Ərdoğan: “Türkiyə bunu da bacardı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı “Raffles Hotel”də 2021-ci ilin xarici ticarət rəqəmlərini özündə əks etdirən iqtisadi proqramla çıxış edib.

Türkiyə İxracatçıları Birliyinin təşkil etdiyi tədbirdəki çıxışında dövlət başçısı ölkəsinin, ötən ilin yekunlarına əsasən, bu sahədə rekorda imza atdığını bildirib.

“Türkiyə bunu da bacardı. 2021-ci il üçün toplam ixracat 32,9 faiz artaraq 225 milyard 368 milyon dollar oldu. Bu rekorddur. Dünəndən bu günə qədər əldə etdiyimiz rekorddur”, deyə Ərdoğan bəyan edib.

Türkiyə prezidenti ölkə valyutasının dayanıqlığını vurğulayaraq qeyd edib ki, 205 ölkə və bölgəyə ixrac əməliyyatları məhz milli valyutada həyata keçirilib.