Türkiyə prezidenti Ərdoğan UEFA-nın Dəmiralı cəzalandırması ilə bağlı açıqlama verib.
interpress.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu sosial şəbəkədə Ərdoğandan sitat gətirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin müdafiəçisi Merih Dəmiralın UEFA tərəfindən cəzalandırılması açıqlamasından sonra açıqlama verib.
Xatırladaq ki, futbolçu Avropa çempionatının 1/8 final mərhələsinin Avstriya millisi ilə oyununda (2:1) qalmaqallı jestinə görə iki oyunluq diskvalifikasiya edib.
“Xarici İşlər Nazirliyimiz Almaniya rəsmilərini nazirliyə çağırıb. Hazırda lazımi tədbirlər görülür”, – Ərdoğan bildirib.
Xatırladaq ki, insident Avro-2024-ün 1/8 finalında Avstriya və Türkiyə milliləri arasında keçirilən oyunda (1:2) baş verib.
Bu oyunda Dəmiral dubla imza atıb. Qolu qeyd edən futbolçu “Bozqurd” işarəsindən istifadə edib.
Xuraman Etibarlı
İnterpress.az