Əri öldürülən Ece yoxa çıxıbbackend

Əri öldürülən Ece yoxa çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli aktrisa, aparıcı Ece Erkenin vəkil həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu silahlı hücum nəticəsində öldürülüb.

İnterpress.az xəbər verir ki, Ece Erkenin yaxın dostu, aparıcı Bircan Bali “Söylemezsem olmaz” proqramında mərhumun son sözlərini açıqlayıb: “Şafak qardaşın son sözləri “Xahiş edirəm, məni xilas edin” olub”.

Canlı yayımda göz yaşlarına boğulan aparıcı Ece Erkeni hadisədən sonra tapa bilmədiklərini deyib: “Dəyərli qardaşım, bədəninə 7 güllə vuruldu. Xəstəxanada qan itirməkdən dolayı öldü. Əvvəlcə sürücüyə vurublar, sonra Şafak qardaşa. Xəstəxana hadisə yerinə çox yaxındır. Saatlardır Ecedən xəbər ala bilmirik. Gecə xəstəxanaya gedib. Xəstənin öldüyünü öyrəndiyi an onu göndəriblər. O saatdan etibarən Eceylə kimsə əlaqə qura bilmir”.

Qeyd edək ki, Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.