Erməni deputatların Qarabağa səfəri: Təxribatçı addımın dirijoru kimdir? + VİDEObackend

Erməni deputatların Qarabağa səfəri: Təxribatçı addımın dirijoru kimdir? + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşdən sonra, yəni bu gün Ermənistanın müxalif “Respublikaçılar” Partiyasının deputatları rusiyalı sülhməramlıların müvəqqəti nəzarət zonasında yerləşən Amaras monastrına ziyarət həyata keçiriblər. 

Erməni deputatların təxribatçı addımının dirijoru kimdir?

Nikol Paşinyanın müxalifləri Brüssel razılaşmalarını pozmaq istəyir?

Yenisabah.az-ın suallarının cavablayan Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı qeyd edib ki, Qarabağa təxribatçı səfərlərin sonu mütləq olacaq:

“İndi Paşinyan Baş nazir kimi öz komandası ilə Azərbaycanla münasibətləri normallaşdırmaq, sərhədləri müəyyənləşdirmək, eyni zamanda, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin reallaşması və digər taleyüklü məsələlərin, xüsusən də sülh sazişinin bağlanması ilə bağlı danışıqlar prosesinə meyillənir. Artıq müsbət impulslar gəlməkdədir. Həm Soçi, həm də Brüssel görüşü və əldə olunan razılaşmalar, digər tərəfdən, Şarl Mişelin ciddi mahiyyət daşıyan bəyanatı – bunların hamısı Azərbaycanın maraqlarına tamamilə uyğundur, Ona görə də, Ermənistanda revanşist qüvvələr ən müxtəlif yollarla təxribat törətməyə çalışırlar”.

Millət vəkili mövcud səfəri şərh edərkən deyib:

“Bildiyiniz kimi, Kəlbəcər-Laçın istiqamətində hərbçilərimizin mövqeyi vaxtaşırı atəşə tutulur, təbii ki, ermənilər layiqli cavablarını da alırlar. Sadəcə bir az təmkinli olmalıyıq. Azərbaycan ərazisinə bu sayaq səfərlər Ermənistanı mövcud zəlil və çox ağır durumdan çıxarmağa xitmət etmir, əksinə, onu daha çətin vəziyyətə salacaq. Çünki Prezident Əliyev mahir diplomat addımları atmaqdadır. Biz yolumuzu gedirik, zaman gələcək bütün bu təxribatlara son qoyulacaq. Mən buna tamamilə əminəm”, – deyə AVP sədri fikirlərini tamamlayıb.