Erməni zabit və əsgərlərin maketlərini heykəltəraş – VİDEObackend

Erməni zabit və əsgərlərin maketlərini heykəltəraş – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki gündür bir çoxları onun hazırladığı maketlərdən danışır.

Hərbi Qənimətlər Parkındakı erməni zabit və əsgərlərin maketlərini heykəltəraş Rəşid Məhərrəmov hazırlayıb.

Onun sözlərinə görə, təklif gəldikdən sonra 3 aya yaxın bir müddətdə bu maketlərin üzərində çalışıb. Təxminən 30-a yaxın maketi hazırlamaq əziyyət tələb etsə də, bu işi görmək Rəşid Məhərrəmov üçün qürurverici olub.

Maketlərin hazırlanmasında müxtəlif dözümlü materiallardan istifadə olunub.

Rəşid Məhərrəmov maketləri hazırlamazdan öncə ermənilərə xas olan obrazlar haqqında geniş məlumatlar əldə edib və maketləri də bu obrazlara uyğunlaşdırıb.

Daha ətraflı videodan izləyin:

İnterpress.az