Ermənistan hakimiyyəti bağlı qapılar arxasında sərhəd məsələlərinə dair fövqaladə İCLAS KEÇİRİRbackend

Ermənistan hakimiyyəti bağlı qapılar arxasında sərhəd məsələlərinə dair fövqaladə İCLAS KEÇİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti parlamentin sərhəd məsələlərinə dair iclasını bağlı qapılar arxasında keçirmək qərarına gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı errməni nəşri “Hraparak” yayıb.

Nəşr bildirir ki, hakim “Mülki Müqavilə” partiyası müxalifətin təşəbbüsü ilə sərhədin delimitasiyası və demarkasiyası məsələləri ilə bağlı parlamentin fövqəladə iclasını keçirmək qərarına gəlib. İclas bağlı qapılar arxasında keşirilir.

İclasa hökumətin baş nazirinin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan dəvət olunub.

“Parlamentin bugünkü iclasının gündəliyinə Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin beşillik proqramının ötən il ərzində icrasına dair hesabatı daxildir.

Dünən “Mülki Müqavilə” partiyası fraksiyasının iclası baş tutub.

Bütün deputatlara Paşinyanın səfəri günü parlamentdə olmaları tapşırılıb. Çünki görüşün Brüsselə uğursuz səfərindən sonra baş verdiyini nəzərə alaraq, müxalifət bu formada arzuolunmaz situasiyalar yarada bilər. çıxışlar və suallar ola bilər”, – deyə nəşr yazıb.

Xuraman Etibarlı

İnterpress.az