Ermənistan ordusunun əsgəri ağır güllə yarası alıbbackend

Ermənistan ordusunun əsgəri ağır güllə yarası alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

İlkin məlumata görə, hadisə dünən olub. N saylı hərbi hissənin qulluqçusu silahla davranış qaydalarının pozulması nəticəsində güllə yarası alıb. Hərbçinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.