Ermənistan parlamenti ombudsman postuna hakim “Vətəndaş Müqaviləsi” partiyasından namizəd, ədliyyə nazirinin keçmiş müavini Kristina Qriqoryanı seçib.
İnterpress.az xəbər verir ki, onun lehinə 68 deputat səs verib. Qriqoryan fevralın 23-də Arman Tatoyanın səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsinin icrasına başlayacaq.