Ermənistan Prezidentinin səlahiyyətlərini icra edəcək şəxsin adı açıqlanıbbackend

Ermənistan Prezidentinin səlahiyyətlərini icra edəcək şəxsin adı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda keçmiş Prezident Armen Sarkisyanın səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Alen Simonyan icra edəcək.

Vitse-spiker Akop Arşakyan isə hələlik spikerin vəzifələrini yerinə yetirəcək.

Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. Bir həftə ərzində o, istefa ərizəsini geri götürməyib. Fevralın 1-də Ermənistan parlamentinin sədri Alen Simonyan Prezident Armen Sarkisyanın səlahiyyətlərinin dayandırılması ilə bağlı protokolu imzalayıb.

Yeni prezident qanunverici orqanda seçiləcək. Bunun üçün deputatların minimum 25, maksimum 35 gün vaxtı var.