Ermənistan təxribat törətməyə çalışdı: Altı terrorçu ələ keçdi – RƏSMİbackend

Ermənistan təxribat törətməyə çalışdı: Altı terrorçu ələ keçdi – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 27-də saat 03:00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 terrorçu mühasirəyə alınaraq zərərsizləşdirilib və saxlanılıb.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

İNTERPRESS.AZ