Ermənistan XİN-in bəyanatına reaksiya: “Erməni tərəfinin bu iddia ilə çıxış etməsinin əsas səbəbi…”backend

Ermənistan XİN-in bəyanatına reaksiya: “Erməni tərəfinin bu iddia ilə çıxış etməsinin əsas səbəbi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Xarici İşlər Nazirliyi 13 dekabr 2022-ci il tarixli, Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edən bəyanat yayıb. Rəsmi İrəvan bəyanatda Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham edir. Diqqətçəkən məqam isə Ermənistan XİN-in bəyanatı ilə paralel, xaricdə fəaliyyət göstərən erməni diasporu və lobbisi də Laçın-Şuşa yolunun bir hissəsində “Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyasının məğzini təhrif edən kampaniyaya başlamasıdır.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, həm Ermənistanın əsassız bəyanat irəli sürəcəyi, həm də erməni lobbisi və diasporunun xarici ölkələrdə aksiyaların məğzini təhrif edərək dezinfomasiyalar iddialar ilə çıxış edəcəyi gözlənilirdi:

“Ermənistan 10 noyabr bəyanatının 4-cü bəndinə zidd olaraq silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən çıxarmayıb. Bəyanatın 6-cı bəndə zidd olaraq isə Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə edir. 9-cu bəndə zidd olaraq isə bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədir. Erməni tərəfinin bu iddia ilə çıxış etməsinin əsas səbəbi Laçın yolunun bağlanmasıdır. Əslində isə Laçın yolu Azərbaycan tərəfindən deyil, ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan artıq erməni tərəfinin bu və ya başqa formada təxribatlarına, dezinformasiya yaymasına, hadisəni təhrif etməsinə alışıb. Buna görə də hər zaman erməni tərəfindən bir addım öndəyik”.