Ermənistan yeni iqtisadi modelə keçməlidir, belə inkişaf getmir – Ananyanbackend

Ermənistan yeni iqtisadi modelə keçməlidir, belə inkişaf getmir – Ananyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan artıq köhnə istehlak və idxal modeli ilə inkişaf edə bilmir.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri David Ananyan bəyan edib.

O deyib ki, ölkə artıq istehlak və idxal üzərində qurulan köhnə model əsasında inkişaf edə bilməz.

“Birliyin Qanadları” adlı siyasi təşəbbüsün təqdimatında çıxış edən Ananyan vurğulayıb ki, iqtisadi düşüncəni dəyişmək və yaradıcılıq, ixrac və texnologiyaya əsaslanan yeni milli model formalaşdırmaq vaxtıdır.

“Məqsədimiz sadə, amma cəsarətlidir: Ermənistan daxili istehlak hesabına deyil, yaratdığı məhsul və ideyaları dünya bazarlarında reallaşdırmaqla yaşamalıdır.

Biz dünyaya xammal deyil, bilik – texnologiya və nəticə satmalıyıq. Bu, bizim yeni iqtisadi siyasətimizdir”, – Ananyan bildirib.

Xuraman Etibarlı

İnterpress.az